Siyasət
Pleyeri seçin:

Rusiyalı politoloq Azərbaycanın xarici siyasətini təqdir etdi

23 dekabr 2023

"Azərbaycanla bağlı “sadəcə nefti olan kiçik bir ölkə” ifadəsi tarixə qovuşdu. Bu gün Azərbaycan hamının hesablaşmalı olduğu dövlətdir. Müasir tarixdə görünməmiş haldır ki, bir dövlət müstəqil olaraq öz ərazi bütövlüyünü bərpa edir. Azərbaycanın nail olduqları unikal vəziyyətdir və İlham Əliyevin xidmətləri sayəsində əldə edilib”.

Bunu rusiyalı politoloq Vitali Arkov deyib.

“Azərbaycan suverenliyini bərpa etdikdən, Qarabağın qaytarılmasından sonra Avropa Birliyinin müxtəlif strukturları tərəfindən əvvəllər öz ünvanına səsləndirilən əsassız tənqidlərə getdikcə daha açıq şəkildə cavab verməyə başlayıb. İndi Azərbaycan hakimiyyəti açıq şəkildə ABŞ-ni iki dəfə öz yerinə oturdub. Yəni hər şey, vəziyyət dəyişib. Azərbaycan AB və ya ABŞ-nin davranışını bəyənməsə, Ermənistanla sülh üçün təklif etdikləri sözdə vasitəçilik platformalarından imtina edəcək. Bakı əvvəl də anlayırdı ki, Qərbin regionda öz marağı var, amma buna açıq reaksiya verə bilmirdi. Hazırda isə Bakı ABŞ-yə birbaşa deyir ki, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Bakı ilə əlaqədar mövqeyinizi dəyişməyincə, vasitəçilik səylərinin yalnız xəyalını qura bilərsiniz. Bu, ABŞ-nin nüfuzuna açıq-aşkar zərbədir, bu, onların vasitəçiliyinə, ABŞ siyasətinə zərbədir”, – o bildirib.

Arkov qeyd edib ki, Əliyev, Putin, Ərdoğan, Szinpin və Orban bu gün eyni sırada dayanır: “Bunlar yeni formasiyanın siyasətçiləridir. Bu şəxslər indi dünya liderləridir”.

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

Siyasət
23 noyabr 2024
COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

Siyasət
23 noyabr 2024
Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Siyasət
23 noyabr 2024
Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Siyasət
23 noyabr 2024
Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Siyasət
23 noyabr 2024
COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

Siyasət
23 noyabr 2024
Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon