Siyasət
Pleyeri seçin:

Rusiyalı politoloq İlham Əliyev və Putinin namizədliyini şərh etdi

19 dekabr 2023

“Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində namizədliyini irəli sürüb.Demək olar ki, eyni vaxtda – bir neçə gün fərqlə Rusiya dövlətinin hazırkı rəhbəri Vladimir Putin də 2024-cü il martın 15 və 17-nə təyin edilmiş prezident seçkisində iştirakını açıqladı. Təsadüfdür. Amma çox simvolikdir, çünki siyasətçilərimizin, ölkələrimizin və xalqlarımızın çoxlu ümumi cəhəti var”.

Bunu Axar.az–a rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

“V.Putin və İ.Əliyev özləri münasibətlərini dostluq kimi qiymətləndirirlərmi? Onların görüşlərinin və qərarlarının təhlili bir-birinin etibarlılığına yüksək inam, dərin hörmət və etimaddan xəbər verir. Həm Vladimir Putin, həm də İlham Əliyev həmvətənlərinin inanılmaz dəstəyi və etibarına sahibdir. Hər biri, həqiqətən, milli liderdir və gənc nəsil üçün örnəkdir. Milli sevgi həm də xalqlarımız üçün vacib olan tarixi ədalətin bərpası, ata-baba torpaqlarının qaytarılması ilə şərtlənir. V.Putin rus xalqı, İ.Əliyev isə Azərbaycan xalqı üçün bəlkə də, ən əziz arzunu reallaşdırdı. İdeal insan yoxdur. Eləcə də ideal siyasətçi yoxdur.

İstəyirsinizsə, Rusiya və Azərbaycan rəhbərlərinin işində də səhvlər tapa bilərsiniz, onlar səhvlərini gizlətmir, vicdanla etiraf edir və operativ şəkildə düzəldirlər. Amma onları tənqid edən müxalifət nümayəndələrini İ.Əliyev və V.Putinlə yaxından müqayisə etmək olmaz. Azərbaycanda da, Rusiyada da zaman keçdikcə dövləti idarə etməyə, xalqın başçısı olmağa layiq siyasətçilər yetişəcək. Demək olar ki, bu insanlar bu gün liderlərimizin komandasındadır, onlardan öyrənir və təcrübə qazanırlar. Lakin hazırda dövlət idarəçiliyində təcrübə və şəxsiyyətin miqyası baxımından Azərbaycanda İ.Əliyevin, Rusiyada V.Putinin tayı-bərabəri yoxdur. Ona görə də rusların və azərbaycanlıların seçimi müdrik və məntiqlidir”, – o bildirib.

Ukraynadakı xarici səfirliklər fəaliyyətini dayandırır? | Müharibədə son vəziyyət

Ukraynadakı xarici səfirliklər fəaliyyətini dayandırır? | Müharibədə son vəziyyət

Siyasət
23 noyabr 2024
COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

Siyasət
23 noyabr 2024
COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

Siyasət
23 noyabr 2024
Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Siyasət
23 noyabr 2024
Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Siyasət
23 noyabr 2024
Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Siyasət
23 noyabr 2024
COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

Siyasət
23 noyabr 2024
Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon