Siyasət
Pleyeri seçin:

Səfirimiz Ramil Səfərovun ekstrasdisiyasından danışdı

23 noyabr 2023

“Məxfilik şəraitində həyata keçirilən ekstradisiyada dövlət sirri təşkil edən heç nə yox idi. Sadəcə iki dost ölkənin rəhbərləri – Prezident İlham Əliyevlə Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının qəbul etdiyi beynəlxalq konvensiyaya əsaslanaraq Budapeştdə məhkumluq həyatı yaşayan azərbaycanlı zabiti Vətənə qaytardılar”.

Bunu Azərbaycanın Macarıstandakı keçmiş səfiri, hazırda ölkəmizin Bosniya və Herseqovinadakı diplomatik missiyasına rəhbərlik edən Vilayət Quliyev Ramil Səfərovun ekstradisiya prosesindən danışarkən deyib.

“O, burada cəzasının bir hissəsini çəkdiyinə görə dövlət başçısının sərəncamı ilə əfv edildi. Bu, hər iki tərəfdən böyük insanlıq və nəciblik aktı idi. Bizim müxalif mətbuatın hadisələrin isti izi ilə yazdığı kimi, hər hansı gizli sövdələşmə olmamışdı, ola bilməzdi. Əvvəldən axıra qədər proseslərdə yaxından iştirak etdiyimdən bunu tam əminliklə deyə bilərəm”, – deyə səfir bildirib.

Qeyd edək ki, Ramil Səfərov 2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya olunub. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

Siyasət
23 noyabr 2024
COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

Siyasət
23 noyabr 2024
Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Siyasət
23 noyabr 2024
Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Siyasət
23 noyabr 2024
Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Siyasət
23 noyabr 2024
COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

Siyasət
23 noyabr 2024
Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon