Pleyeri seçin:

Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi

18 avqust 2025 250 baxış

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiyanın ölkəyə yeni təyin olunan səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı bildirib ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiyanın ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

Prezident İlham Əliyev ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı ölkələr arasında qarşılıqlı anlaşmanın və dəstəyin mövcud olduğu vurğulanıb, enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub, bu xüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurğulanıb.

Həmçinin Slovakiyanın ölkədə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirdiyi qeyd olunaraq bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi bildirilib.

Dövlət başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxunub, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açdığını qeyd edib.

"Super silah"lar, yoxsa "metal yığını"? - Ermənistan Ordusunu nə gözləyir? | HƏRBİ XRONİKA

"Super silah"lar, yoxsa "metal yığını"? - Ermənistan Ordusunu nə gözləyir? | HƏRBİ XRONİKA

Siyasət
08 dekabr 2025 250 baxış
Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV

Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV

Siyasət
08 dekabr 2025 250 baxış
Bakı-Moskva münasibətlərinin gedişatı | Saakaşvilidən qalmaqallı açıqlama | BİZDƏN NƏ DANIŞIRLAR?

Bakı-Moskva münasibətlərinin gedişatı | Saakaşvilidən qalmaqallı açıqlama | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
08 dekabr 2025 250 baxış
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
08 dekabr 2025 250 baxış
İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü - Baku TV

İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü - Baku TV

Siyasət
08 dekabr 2025 250 baxış
Bratislavada İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb - Baku TV

Bratislavada İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb - Baku TV

Siyasət
08 dekabr 2025 250 baxış
"Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabı təqdim edildi - Baku TV

"Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabı təqdim edildi - Baku TV

Siyasət
08 dekabr 2025 250 baxış
Ulu Öndərin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolu xüsusi vurğulanıb

Ulu Öndərin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolu xüsusi vurğulanıb

Siyasət
08 dekabr 2025 250 baxış
İlham Əliyev Bratislavada belə qarşılandı

İlham Əliyev Bratislavada belə qarşılandı

Siyasət
08 dekabr 2025 250 baxış
İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib - Baku TV

İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib - Baku TV

Siyasət
08 dekabr 2025 250 baxış
Seçilmişlər
icon