Zakir Həsənov Türkiyənin Azərbaycana təyin etdiyi yeni hərbi attaşe ilə görüşdü
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib.
Yeni hərbi attaşe general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını vurğulayaraq, türkiyəli hərbi attaşeyə fəaliyyətində uğurlar arzulayıb.
General-mayor Gaffar Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə azərbaycanlı nazirə təşəkkürünü bildirib.
O, ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə geniş fikir mübadiləsi aparılıb.