Kimsəsiz gənclər aclıq aksiyası keçiriblər

Dünya
14 Sep 2018, 12:37
21
İrəvanda hökumət binası qarşısında etiraza qalxan internat evinin sakinləri aclıq aksiyasına başlayıblar. Etirazçı gənclər dövlət tərəfindən onlara verilən mənzillərin başqa şəxslərə satıldığını bildiriblər. Onların dediyinə görə, indiyədək müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Onlar problem həll olunana kimi aclıq aksiyasını davam etdirəcəklərini bəyan ediblər.
ŞƏRH YAZ