Tovuzda məktəb binası yanıb

Hadisə
03 Apr 2019, 05:51
402

Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin əsas binasının birinci mərtəbəsində qəfildən yanğın başlayıb.

Hadisə tədris olmayan sinifdə baş verib.

Əraziyə üç yanğınsöndürən və 15 nəfər canlı qüvvə cəlb edilib. Alov tez bir zamanda söndürülüb. Sinif otaqları yanğından mühafizə edilib. 

Hadisə zamanı binada olan şagirdlər vaxtında təxliyə edilib. Xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.

Yanğının baş verməsinə ilkin səbəb kimi köhnə elektrik naqillərində yaranan qısaqapanma göstərilir. 

Faktla bağlı araşdırma aparılır.

 

Nazir Quliyev

ŞƏRH YAZ