Bakıda avtobus qadını vurub

Kriminal
04 Apr 2019, 05:25
3,691

Gecə Bakının Ramana qəsəbəsi Şuşa şəhərciyində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

214 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Mürsəlova Könül Sahib qızını vurub. Qəzanı törədən 214 saylı avtobusun sürücüsü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Yaralı Könül Mürsəlovaya qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ