Bakıda ər arvadını bıçaqladı

Kriminal
09 Apr 2019, 04:59
80

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nizami rayonu Keşlə qəsəbəsi 1-ci köndələn ünvanında qeydə alınıb. Ailə münaqişəsi zəmnində baş verən hadisə zamanı həyat yoldaşı 1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızına bıçaqla xəsarət yetirib.

Yaralı dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ