Qırmızı işıqda keçən maşın 2 avtomobillə toqquşub

Hadisə
13 Apr 2019, 05:03
5,254

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Hadisə Şərifzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Ə.Əhmədov küçəsində yüksək sürətlə hərəkətdə olan "Hyundai Tucson" markalı avtomobil işıqforun qırmızı işığında yol ayrıcına daxil olub. O, əvvəlcə "Range Rover", daha sonra digər "Hyundai" markalı avtomobillə toqquşub. Nəqliyyat vasitəsi yol kənarındakı nişana dəydikdən sonra dayanıb.

Hadisə zamanı "Hyundai Tucson" markalı avtomobildə olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ