Hadisə
Pleyeri seçin:
Zəncirvari qəza - 5 maşın toqquşdu
Ziya Bünyadov prospektində 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Hadisə Əbdülvahab Salamzadə küçəsindən hava limanı istiqamətinə gedən tuneldə qeydə alınıb.
Belə ki, tuneldə hərəkətdə olan “Toyota RAV4” markalı minik avtomobili anidən dayanıb. Nəticədə, arxadan gələn “Hundai”, Mercedes”, “Kia” və “Renault” markalı maşınlar toqquşub.
Zəncirvari qəza nəticəsində Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və hava limanı istiqamətində tıxac yaranıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
Seçilmişlər