Cəmiyyət
Pleyeri seçin:

Süni işıqlandırma nələri inkişaf etdirir? | Tədqiqatçılardan mühüm açıqlama

11 dekabr 2024

Yataq otağında gecə vaxtı zəif işıqlandırma belə ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər.

Bu nəticə Karolinska İnstitutunun alimlərinin apardığı yeni tədqiqatdan əldə olunub.

Tədqiqata rəhbərlik edən professor Maykl Perres bildirib ki, yataq otağında işıqlandırma ilə arteriyaları zədələyən aterosklerozun sürətli inkişafı arasında aydın əlaqə müəyyən edilib.

Ateroskleroz zamanı damarların daxili qişasında əsasən xolesterindən ibarət piy yığınları əmələ gəlir. Bu yığınlar arteriyaların daralmasına və hətta tam tıxanmasına səbəb olur ki, nəticədə toxumaların işemiyası, infarkt, insult və ürək çatışmazlığı kimi ciddi sağlamlıq problemləri yaranır.

Tədqiqat çərçivəsində alimlər yaş, bədən kütləsi, zərərli vərdişlər və ilkin sağlamlıq vəziyyəti kimi müxtəlif risk faktorlarını nəzərə alaraq yetkin könüllülərin məlumatlarını təhlil ediblər.

Nəticələr göstərib ki, yataq otağında süni işıqlandırma digər faktorlardan asılı olmayaraq ürək-damar patologiyalarının inkişaf ehtimalını artırır.

Alimlər hesab edirlər ki, bu təsirin əsas səbəbi orqanizmin sirkadiyan ritmlərini tənzimləyən melatonin hormonudur. Süni işıqlandırma melatoninin ifrazını zəiflədir, bu isə təbii bioloji prosesləri pozaraq aterosklerotik düyünlərin əmələ gəlməsinə, nəticədə isə ürək və damar problemlərinə səbəb ola bilər.

Mütəxəssislər yataq otağında işıqlandırmaya diqqət yetirməyi və mümkün qədər gecə vaxtı süni işıqdan uzaq durmağı tövsiyə edirlər.

Alimlər genetika ilə bağlı elə şey açıqladı ki... | Mədəni ənənələrin təsiri araşdırıldı

Alimlər genetika ilə bağlı elə şey açıqladı ki... | Mədəni ənənələrin təsiri araşdırıldı

Cəmiyyət
11 dekabr 2024
Bizi evlərimizdən çıxardılar ki… | Sakinlər və MTK üz-üzə qaldı

Bizi evlərimizdən çıxardılar ki… | Sakinlər və MTK üz-üzə qaldı

Cəmiyyət
11 dekabr 2024
İcra Hakimiyyəti kişi kimi söz verib, amma… | Binə sakinlərinin evləri su altında qaldı

İcra Hakimiyyəti kişi kimi söz verib, amma… | Binə sakinlərinin evləri su altında qaldı

Cəmiyyət
11 dekabr 2024
Pensiyanı birdəfəlik necə almaq olar? | Şəhərdə sorğu keçirildi

Pensiyanı birdəfəlik necə almaq olar? | Şəhərdə sorğu keçirildi

Cəmiyyət
11 dekabr 2024
Messi və komanda yoldaşlarının Azərbaycandan yola salınma anı | Anbaan görüntülər

Messi və komanda yoldaşlarının Azərbaycandan yola salınma anı | Anbaan görüntülər

Cəmiyyət
11 dekabr 2024
Diabetin əmələ gətirdiyi yaralar gec sağalır? | Endokrinoloqdan maraqlı məlumatlar

Diabetin əmələ gətirdiyi yaralar gec sağalır? | Endokrinoloqdan maraqlı məlumatlar

Cəmiyyət
11 dekabr 2024
Messi və komanda yoldaşlarının Bakı səfərində maraqlı anlar yaşandı

Messi və komanda yoldaşlarının Bakı səfərində maraqlı anlar yaşandı

Cəmiyyət
11 dekabr 2024
Meydançıların gizli səs yazılarında nələr var? | Pulu belə bölüblər

Meydançıların gizli səs yazılarında nələr var? | Pulu belə bölüblər

Cəmiyyət
11 dekabr 2024
Messi və komanda yoldaşlarının azərbaycanlı azarkeşlərlə görüşündən görüntülər

Messi və komanda yoldaşlarının azərbaycanlı azarkeşlərlə görüşündən görüntülər

Cəmiyyət
11 dekabr 2024
2025-ci il üçün bayram günləri | Qeyri-iş günlərinin sayı və tarixi açıqlandı

2025-ci il üçün bayram günləri | Qeyri-iş günlərinin sayı və tarixi açıqlandı

Cəmiyyət
11 dekabr 2024
Seçilmişlər
icon