Выбрать плеер:

“Baku TV” və “Report” İA Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

18 ноября 2025 108 просмотров

"Global Media Group"a daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – "Xabar" Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb.

Sənəd noyabrın 18-də Qazaxıstanın Astana şəhərində imzalanıb.

Memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və "Xabar" Agentliyinin İdarə Heyətinin sədri Kemelbek Oyşıbayev imzalayıblar.

Mərasimdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər.

Səfir çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.

Kemelbek Oyşıbayev çıxışında qeyd edib ki, "Xabar" Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür.

"Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov bildirib ki, Baku TV və Report İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır.

Скопировано
Vardanyan məhkəmədən nə xahiş etdi? - Zərərçəkənlərin ifadələri... - Baku TV

Vardanyan məhkəmədən nə xahiş etdi? - Zərərçəkənlərin ifadələri... - Baku TV

Cəmiyyət
09 декабря 2025 108 просмотров
Mediada dil qaydalarının pozulmasına qarşı sərt tədbirlər həyata keçiriləcək - Baku TV

Mediada dil qaydalarının pozulmasına qarşı sərt tədbirlər həyata keçiriləcək - Baku TV

Cəmiyyət
09 декабря 2025 108 просмотров
Əsas vəzifələrimizdən biri dili qorumaqdır | Xalq yazıçısı nələrdən danışdı? - Baku TV

Əsas vəzifələrimizdən biri dili qorumaqdır | Xalq yazıçısı nələrdən danışdı? - Baku TV

Cəmiyyət
09 декабря 2025 108 просмотров
Türkiyəli məşhurlar "Bu gün gözəl"in qalasında - Baku TV

Türkiyəli məşhurlar "Bu gün gözəl"in qalasında - Baku TV

Cəmiyyət
09 декабря 2025 108 просмотров
"YAŞAT" Fondunun hesabatı | “Məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait...” - Baku TV

"YAŞAT" Fondunun hesabatı | “Məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait...” - Baku TV

Cəmiyyət
09 декабря 2025 108 просмотров
Mədəniyyət Nazirliyi binanı sökdürdü, mənzilləri su basdı - Baku TV

Mədəniyyət Nazirliyi binanı sökdürdü, mənzilləri su basdı - Baku TV

Cəmiyyət
09 декабря 2025 108 просмотров
100 illik hidrometeoroloji məlumatlar vahid bazada toplanılacaq

100 illik hidrometeoroloji məlumatlar vahid bazada toplanılacaq

Cəmiyyət
08 декабря 2025 108 просмотров
İqlim dəyişikliyinin təsirini azaltmaq üçün hansı işlər görülür?

İqlim dəyişikliyinin təsirini azaltmaq üçün hansı işlər görülür?

Cəmiyyət
08 декабря 2025 108 просмотров
Vəfat edən şəxsin pensiyasını almaq üçün hansı şərtləri bilməlisiniz? - Baku TV

Vəfat edən şəxsin pensiyasını almaq üçün hansı şərtləri bilməlisiniz? - Baku TV

Cəmiyyət
08 декабря 2025 108 просмотров
Tədris dilindən asılı olmayaraq "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçiriləcək

Tədris dilindən asılı olmayaraq "Azərbaycan tarixi" fənni Azərbaycan dilində keçiriləcək

Cəmiyyət
08 декабря 2025 108 просмотров
Выбранные
icon