Əsas vəzifələrimizdən biri dili qorumaqdır | Xalq yazıçısı nələrdən danışdı? - Baku TV
"Azərbaycanda bütün dükanlar niyə "market" adlandırılmalıdır?".
Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
O bildirib ki, bu məsələni turistlərlə əlaqələndirmək doğru deyil:
"Məgər turist bunu ayırd edə bilmir? Turist bu qədərmi kütdür ki, qarpız-yemişi digər satış məntəqələrindən ayıra bilməsin? Niyə mütləq "market" olmalıdır? Bu kimi sözlər televiziya və radio vasitəsilə dilimizə daxil olur. Rus və ingilis dillərindən dilimizə kifayət qədər artıq sözlər keçib. Bunların qarşısını almalıyıq. Beynəlxalq terminlər var, amma ingilis dilindən hər sözü lüğətimizə daxil edə bilmərik".
Тег #Anar Rzayev используется
- "Xalqa qürur hissini qaytardıq" | Anar Rzayev
- Avtobuslarda ödəniş qaydaları dəyişəcək | Birindən düşüb digərinə mindikdə...
- Avtobuslar saat neçəyə qədər işləməlidir? - “1 sərnişin də olsa...”
- “Bakı və digər ərazilərdə...”| AYNA sədrindən vacib açıqlama
- İctimai nəqliyyatda qiymətlərlə bağlı hansı dəyişikliklər olacaq?
