Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama
Yağlı qida və stres damarları sıradan çıxaran səbəblərdir.
İnsanlar yağlı qida yedikcə damarlarının ömrünü azaldırlar. Sonradan isə damarları açmaq üçün çarələr axtarırlar.
Damarları zərərli qidadan, yağlanmadan necə qorumağı tapmaq üçün yeni elmi araşdırma aparılıb. İnsanlar daha çox həyəcan, stres zamanı normadan artıq yeyir, zərərli qidalara üz tuturlar.
Alimlər sübut edib ki, yüksək yağlı qidalar beyin damarlarını da sıxır və qanın çatdırılmasını əngəlləyir. Bu zaman damarların köməyinə kakao gələ bilər. Baxmayaraq ki, o özü də kalorilidir, tərkibində olan flavanollar damarları stres zamanı qoruyur. Belə ki, yağlı qidalar yeyən, stresdə olan insan çay, qəhvə yox, kakao içərsə, bu zərəri neytrallaşdıra bilər.
Flavanollar meyvə, çay, şokolad, qoz və giləmeyvələrdə olan faydalı birləşmədir. Onlar təzyiqi normallaşdırır, ürək-damar sistemini qoruyur.