Cəmiyyət
Выбрать плеер:

"Ukrayna dairəsi" ağ günə çıxır | Təmir işlərindən sonra nəticə necə olacaq?

22 ноября 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb.

AYNA tərəfindən ərazidə yol infrastrukturu, küçə-yol şəbəkəsi və nəqliyyat axını təhlil edilib. Həmin kəsişmə üçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdə tutulub.

Təklif layihəsi Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiq qaydada təsdiq edilib.

Təklif edilən turbo tipli dairə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yolu hesab edilir.

Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıra nəqliyyat problemlərinə səbəb olur.

Belə ki, dairənin giriş-çıxış saylarının 2 və ya 3 hərəkət zolağından ibarət olmasına baxmayaraq, dairənin daxilində bu, 6, 7 bəzi hallarda isə 8 zolaqdan ibarətdir. Bu da dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.

Layihə həyata keçirildikdən sonra münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq, dairənin buraxılış qabiliyyəti artırılacaq, hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq və piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.

Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, bu tip dairələr nəqliyyat sahəsində inkişaf etmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç, Niderland kimi ölkələrdə də geniş istifadə olunur. Layihə simulyasiya edilib. Simulyasiyanı təqdim edirik.

Скопировано
Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Cəmiyyət
23 ноября 2024
Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Cəmiyyət
23 ноября 2024
Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Cəmiyyət
23 ноября 2024
Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 ноября 2024
Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Cəmiyyət
22 ноября 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 ноября 2024
Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Cəmiyyət
22 ноября 2024
Müştəri evdə yağı əritməyinə peşman oldu |  AQTA-dan məsələ ilə bağlı açıqlama

Müştəri evdə yağı əritməyinə peşman oldu | AQTA-dan məsələ ilə bağlı açıqlama

Cəmiyyət
22 ноября 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 ноября 2024
Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Cəmiyyət
22 ноября 2024
Выбранные
icon