Выбрать плеер:

Şagirdin hərəkəti gündəm oldu | Məktəblilər arasında aqressiya artımı diqqət çəkir - Baku TV

23 мая 2026 54 просмотров

Sosial şəbəkələrdə paytaxtın 212 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdinin salto vurmasını əks etdirən görüntülər yayılıb.

Məktəb rəhbərliyindən verilən məlumata görə, həmin şagird davranış qaydalarını mütəmadi olaraq pozur. Mövcud problemlə bağlı məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlə söhbətlər aparılıb, müvafiq tövsiyələr verilərək dəstək tədbirləri görülüb. Lakin valideyn dəfələrlə məktəbə dəvət edilsə də, hələ də müsbət nəticə əldə olunmayıb.

Bəs yeniyetmələrdə müşahidə olunan bu cür aqressiv və qeyri-adekvat davranışların əsl səbəbləri nədir?

Psixoloq İlahə Dadaşovanın sözlərinə görə, davranış pozuntusu məktəbdə deyil, ailədə formalaşır:

"Hər bir yeniyetmədə özünütəsdiq istəyi olur. Bir çox yeniyetmələr bu istəyi neqativ fəaliyyətlərə yönəldirlər. Çox vaxt buna səbəb natamam ailə quruluşu və valideynlərin uşaqlara qarşı diqqətsizliyidir. Çünki davranış pozuntusu məktəbdə deyil, məhz ailədə formalaşır. Biz davranış pozuntusu olan uşaqların davranışlarını korreksiya etməklə yanaşı, həm də onların gizli qabiliyyət və bacarıqlarını tapıb üzə çıxarmalıyıq. Unutmaq olmaz ki, yeniyetməlik dövrünün tipik xüsusiyyəti sosial həyatda status qazanmaq və yer tutmaq cəhdidir".

Sosioloq Mail Yaqub isə bildirib ki, bu gün yeniyetmələrə ən güclü təsir edən amil sosial şəbəkələr və oradakı bəzi şəxslərin anormal hərəkətləridir:

"Uşaq və yeniyetmələr orada nəyi görürlərsə, onu da mənimsəyir, öz hərəkətlərində əks etdirirlər. Hazırda sosial şəbəkələr yeniyetmələrin və uşaqların əxlaqına, davranışlarına sanki düşmən kəsilib. Bu məsələdə həm valideynlər, həm də məktəbdəki müəllimlər maksimum dərəcədə həssas olmalıdırlar".

Скопировано
Oğuzun ecazkar təbiət mənzərəsi

Oğuzun ecazkar təbiət mənzərəsi

Cəmiyyət
24 мая 2026 54 просмотров
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - Baku TV

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - Baku TV

Cəmiyyət
24 мая 2026 54 просмотров
Bakı-Tbilisi qatarında hansı sərnişinlər endirimdən yararlanacaq? - Baku TV

Bakı-Tbilisi qatarında hansı sərnişinlər endirimdən yararlanacaq? - Baku TV

Cəmiyyət
24 мая 2026 54 просмотров
Qastroenteroloqlardan mühüm tövsiyələr

Qastroenteroloqlardan mühüm tövsiyələr

Cəmiyyət
24 мая 2026 54 просмотров
Damarların və qanın vəziyyətinə mənfi təsir edən məhsullar açıqlanıb

Damarların və qanın vəziyyətinə mənfi təsir edən məhsullar açıqlanıb

Cəmiyyət
24 мая 2026 54 просмотров
Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından 2 il ötür - Baku TV

Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından 2 il ötür - Baku TV

Cəmiyyət
24 мая 2026 54 просмотров
Ramil İmanov avtomobil qəzasında dünyasını dəyişdi - Baku TV

Ramil İmanov avtomobil qəzasında dünyasını dəyişdi - Baku TV

Cəmiyyət
24 мая 2026 54 просмотров
“O xanım aparıcı elə mənasız danışır ki...” | Rahib Azəri dinləyicilərindən niyə inciyib? - QAPQARA

“O xanım aparıcı elə mənasız danışır ki...” | Rahib Azəri dinləyicilərindən niyə inciyib? - QAPQARA

Cəmiyyət
23 мая 2026 54 просмотров
“Yüksəliş” müsabiqəsi başladı | Qaliblərə 20 min manat veriləcək - Baku TV

“Yüksəliş” müsabiqəsi başladı | Qaliblərə 20 min manat veriləcək - Baku TV

Cəmiyyət
23 мая 2026 54 просмотров
SAT imtahanlarında saxtakarlıq riski və nəzarət mexanizmləri nə dərəcədə güclüdür? - Baku TV

SAT imtahanlarında saxtakarlıq riski və nəzarət mexanizmləri nə dərəcədə güclüdür? - Baku TV

Cəmiyyət
23 мая 2026 54 просмотров
Выбранные
icon