Выбрать плеер:

SAT imtahanlarında saxtakarlıq riski və nəzarət mexanizmləri nə dərəcədə güclüdür? - Baku TV

23 мая 2026 62 просмотров

SAT imtahanlarında saxtakarlıq hallarına yol verildiyi iddia olunur. Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə müsahibələrinin birində bu növ halların mövcudluğunu təsdiqləyib.

Xanım sədr bildirib ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında 20-30 bal toplaya bilməyən abituriyentlər beynəlxalq SAT imtahanında maksimum nəticə göstərirlər.

Qurum rəhbərinin sözlərinə görə, bu cür kəskin fərq real ola bilməz. Çünki SAT imtahanının riyaziyyat bloku daha mürəkkəbdir və yerli imtahanlarda minimum nəticə göstərənlərin bu sınaqdan ən yüksək bal alması normal görünmür.

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı ciddi məqamlara toxunub. O, bəzi şəxslərin imtahan suallarını qanunsuz yollarla əldə etdiyini vurğulayıb:

"Biz dəfələrlə müşahidə etmişik ki, eyni imtahan sualları yaxın region ölkələrində fərqli tarixlərdə keçirilərkən prosesin təşkilində iştirak edən şəxslər və ya digər vasitəçilər tərəfindən öncədən satılır. Bəzi hallarda Azərbaycan vətəndaşlarının qəsdən qonşu ölkələrdə təşkil olunan SAT imtahanlarına yönləndirildiklərini və ya orada imtahan verməkdə maraqlı olduqlarını görürük. Bu da ondan xəbər verir ki, həmin şəxslər suallarla öncədən tanışdırlar. Məsələn, 2024 və 2025-ci illərdə qonşu Gürcüstanda təşkil edilən SAT imtahanlarının nəticələri rəsmi olaraq tanınmadı. Məlum oldu ki, buna səbəb imtahan suallarının sızdırılması olub".

Скопировано
Oğuzun ecazkar təbiət mənzərəsi

Oğuzun ecazkar təbiət mənzərəsi

Cəmiyyət
24 мая 2026 62 просмотров
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - Baku TV

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - Baku TV

Cəmiyyət
24 мая 2026 62 просмотров
Bakı-Tbilisi qatarında hansı sərnişinlər endirimdən yararlanacaq? - Baku TV

Bakı-Tbilisi qatarında hansı sərnişinlər endirimdən yararlanacaq? - Baku TV

Cəmiyyət
24 мая 2026 62 просмотров
Qastroenteroloqlardan mühüm tövsiyələr

Qastroenteroloqlardan mühüm tövsiyələr

Cəmiyyət
24 мая 2026 62 просмотров
Damarların və qanın vəziyyətinə mənfi təsir edən məhsullar açıqlanıb

Damarların və qanın vəziyyətinə mənfi təsir edən məhsullar açıqlanıb

Cəmiyyət
24 мая 2026 62 просмотров
Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından 2 il ötür - Baku TV

Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından 2 il ötür - Baku TV

Cəmiyyət
24 мая 2026 62 просмотров
Ramil İmanov avtomobil qəzasında dünyasını dəyişdi - Baku TV

Ramil İmanov avtomobil qəzasında dünyasını dəyişdi - Baku TV

Cəmiyyət
24 мая 2026 62 просмотров
“O xanım aparıcı elə mənasız danışır ki...” | Rahib Azəri dinləyicilərindən niyə inciyib? - QAPQARA

“O xanım aparıcı elə mənasız danışır ki...” | Rahib Azəri dinləyicilərindən niyə inciyib? - QAPQARA

Cəmiyyət
23 мая 2026 62 просмотров
“Yüksəliş” müsabiqəsi başladı | Qaliblərə 20 min manat veriləcək - Baku TV

“Yüksəliş” müsabiqəsi başladı | Qaliblərə 20 min manat veriləcək - Baku TV

Cəmiyyət
23 мая 2026 62 просмотров
Şagirdin hərəkəti gündəm oldu | Məktəblilər arasında aqressiya artımı diqqət çəkir - Baku TV

Şagirdin hərəkəti gündəm oldu | Məktəblilər arasında aqressiya artımı diqqət çəkir - Baku TV

Cəmiyyət
23 мая 2026 62 просмотров
Выбранные
icon