Xaçmazda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Ekoloji aksiya “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun kənarında təşkil olunub.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar magistral yolun kənarına yerli iqlim şəraitinə uyğun gələn şam ağacları əkiblər. Həmçinin əvvəl əkilən ağaclara aqro-texniki qulluq göstərilib, suvarılması təmin edilib.
Aksiyanın məqsədi yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığına tövhə vermək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.