Выбрать плеер:
Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb - Baku TV
Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib.
Paşinyanın şənbə günü seçki kampaniyası zamanı çıxışında bir şəxs ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməsini qışqırıb.
"Əgər 700 min nəfər, yəni seçicilərin 50 faizindən çoxu "Nikol, qal" desə, Nikol qalacaq. Əgər xalq "Nikol, get" desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir", – deyə o bildirib.
Скопировано
