Rusiyadan Ukraynaya növbəti hücum | Sənaye mərkəzi vuruldu - Baku TV
Rusiya qoşunları Ukraynanın mərkəzində yerləşən böyük sənaye mərkəzi olan Kremençukun infrastrukturuna kombinə edilmiş hava zərbəsi endirib.
Şəhər meri Vitali Maletskinin sözlərinə görə, zərbə nəticəsində elektrik və su təchizatında fasilələr yaranıb.
Mer hücumun nəticələri barədə ətraflı məlumatı ziyanın qiymətləndirilməsi başa çatdıqdan sonra açıqlayacağını qeyd edib. Dnepr çayı üzərində yerləşən Kremençuk mühüm iqtisadi mərkəzdir və Ukraynanın ən böyük neft emalı zavodlarından birinə ev sahibliyi edir.
Bu arada Fransa Prezidenti Emmanuel Makron Rusiyanın son hücumları fonunda ukraynalı həmkarı Volodimir Zelenskiyə bir daha dəstəyini ifadə edib.
"Az əvvəl Prezident V.Zelenski ilə danışdım. Son Rusiya hücumlarını pislədiyimizi təsdiqlədim və Ukraynaya həmrəyliyimi bildirdim. Beynəlxalq müzakirələrimin nəticələrini, xüsusilə Çində apardığım danışıqları onunla bölüşdüm", – deyə E.Makron bildirib.
O vurğulayıb ki, Fransa münaqişənin deeskalasiyasına və atəşkəsin əldə olunmasına nail olmaq üçün bütün tərəflərlə əməkdaşlıq etməkdə qətiyyətlidir.
E.Makronun sözlərinə görə, avropalılar mütləq ədalətli və davamlı həllin əldə olunmasında əsas dayaqlardan biri olacaqlar.
Тег #Fransa используется
