Tehran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcək? - Baku TV
ABŞ Prezidenti Donald Tramp tərəfindən əvvəllər müzakirə edilən potensial Vaşinqton-Tehran sazişi layihəsi hələ də İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından necə imtina edə biləcəyi ilə bağlı əsas məsələni həll etməyib.
Bu barədə “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, müzakirə olunan sazişin əsas elementlərindən biri İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəyidir. Lakin sənəd bunun necə baş verəcəyi ilə bağlı məsələni həll etmir.
Qəzetin iddiasına görə, detalların İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar mərhələsində müzakirə ediləcəyi gözlənilir.
Amerika Birləşmiş Ştatları və İran arasında ikitərəfli sülh memorandumunun layihəsi atəşkəsin 60 gün uzadılmasını və hərtərəfli sülh sazişi üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur.
Bu barədə isə ABŞ-nin “Axios” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, memorandumun mətnində atəşkəs müddətində Hörmüz boğazından gəmiçilik fəaliyyətinin bərpa olunması və İranın sərbəst şəkildə neft ticarəti edə biləcəyi qeyd edilib. Həmçinin İranın Hörmüz boğazını minalardan təmizləməyə başlayacağı da vurğulanıb.
Bununla yanaşı, ABŞ tam razılaşma əldə olunana qədər İran ətrafında hərbi mövcudluğunu qoruyacaq. Lakin İran limanlarının blokadasını aradan qaldıracaq və bu ölkəyə qarşı sanksiyaları yumşaldacaq.
Тег #ABŞ используется
- ABŞ-dən İrana güzəşt: Gizli razılaşmanın detalları açıqlanıb
- Müsəlman liderlər Ağ Ev rəhbərindən İranla anlaşmasını istədilər
- Xəstələr dərmansız yaşaya biləcəklər
- Donald Trampın İranla bağlı yeni qərarı nə olacaq - Baku TV CANLI
- Trampdan sərt çıxış | Tehran ABŞ-la danışıqların gedişatını açıqladı - Baku TV
