Zelenski Ukrayna üçün önəmli tarixi açıqladı
“Ukrayna və Avropa ölkələrinin təhlükəsizlik üzrə müşavirləri Mayamidə razılaşdırılan sülh planı layihəsini ABŞ-yə göndərmək üçün dekabrın 9-dək tamamlayacaqlar”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
“Avropalıların və Ukraynanın təhlükəsizlik müşavirləri Rüstəm Umerovun gətirdiyi planın son versiyası üzərində işləyəcəklər. Mən düşünürəm ki, dekabrın 9-da axşam saatlarında plan hazır olacaq. Biz onu bir daha nəzərdən keçirəcəyik və ABŞ-yə göndərəcəyik”, – deyə V.Zelenski vurğulayıb.
Daha əvvəl Ukrayna Prezidenti qeyd edib ki, müharibənin başa çatdırılması üzrə plan 20 bəndə qədər ixtisar olunub, Ukraynanın maraqlarına zidd olan müddəalar çıxarılıb, lakin hələlik ərazilərlə bağlı kompromis tapılmayıb.
“28 bənd var idi, 20 oldu. Tamamilə açıq şəkildə Ukrayna əleyhinə olan bəndlər kənarlaşdırıldı.
Amerikalıların əhvali-ruhiyyəsi, ümumilikdə, kompromis tapmaq yönündədir. Şübhəsiz ki, ərazilərlə bağlı mürəkkəb məsələlər var. Orada hələ kompromis əldə olunmayıb”, – deyə V.Zelenski əlavə edib.
Тег #Volodimir Zelenski используется
- “Bunun üçün mübarizə aparırıq” | Zelenskidən açıqlama
- Zelenskidən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiyalı açıqlama - Baku TV CANLI
- Mənim sülh planımı oxumadığına görə... | Trampdan Zelenskiyə mesaj - Baku TV
- Zelenski London görüşündə nələri müzakirə edib?
- Ukraynadakı vəziyyət müzakirə olunacaq
