Выбрать плеер:

Dörd işçinin ölümündə təqsirləndirilən şəxs həbs edildi

23 ноября 2025 101 просмотров

Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində yerləşən "Lake Hotel"in işçiləri ‒ 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.

Toplanmış sübutlarla "Lake Hotel"in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli qərarı ilə təsdiq olunmuş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.

Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə Rayon Prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Noyabrın 22-də isə A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Скопировано
3 yaşlı oğlanın dəhşətə gətirən sonu | “Kubik”in birini içəriyə salıb, o birini...” - Baku TV

3 yaşlı oğlanın dəhşətə gətirən sonu | “Kubik”in birini içəriyə salıb, o birini...” - Baku TV

Hadisə
09 декабря 2025 101 просмотров
"Ondan sonra kimsə gəlmədi" | Bakıda 39 yaşlı kişini belə öldürdülər - Baku TV

"Ondan sonra kimsə gəlmədi" | Bakıda 39 yaşlı kişini belə öldürdülər - Baku TV

Hadisə
09 декабря 2025 101 просмотров
Bakıdakı villada partlayışın səbəbi üzə çıxdı | Evdəki ustalardan biri... - Baku TV

Bakıdakı villada partlayışın səbəbi üzə çıxdı | Evdəki ustalardan biri... - Baku TV

Hadisə
09 декабря 2025 101 просмотров
Biləsuvarda dördotaqlı ev yandı | Ev sahibləri fəryad etdi - Baku TV

Biləsuvarda dördotaqlı ev yandı | Ev sahibləri fəryad etdi - Baku TV

Hadisə
08 декабря 2025 101 просмотров
Xəzər dənizindən çıxarılan meyitlə bağlı detallar məlum oldu - ANA XƏBƏR

Xəzər dənizindən çıxarılan meyitlə bağlı detallar məlum oldu - ANA XƏBƏR

Hadisə
08 декабря 2025 101 просмотров
“Uşaq oğrusu” ilə bağlı yayılan görüntülər gündəmi silkələdi | Əslində isə...

“Uşaq oğrusu” ilə bağlı yayılan görüntülər gündəmi silkələdi | Əslində isə...

Hadisə
08 декабря 2025 101 просмотров
"Dedi ki, gedirəm..." - Bulvarda faciəvi şəkildə ölən məşhur fotoqrafın doğmaları danışdı - Baku TV

"Dedi ki, gedirəm..." - Bulvarda faciəvi şəkildə ölən məşhur fotoqrafın doğmaları danışdı - Baku TV

Hadisə
08 декабря 2025 101 просмотров
"Dost idilər, birgə dəfn edirik..." | Faciəvi qəzada ölən gənclərin yaxınları fəryad etdi - Baku TV

"Dost idilər, birgə dəfn edirik..." | Faciəvi qəzada ölən gənclərin yaxınları fəryad etdi - Baku TV

Hadisə
08 декабря 2025 101 просмотров
Naxçıvan DİN-dən "uşaq oğrusu" ilə bağlı yayılan görüntülər barədə açıqlama - Baku TV

Naxçıvan DİN-dən "uşaq oğrusu" ilə bağlı yayılan görüntülər barədə açıqlama - Baku TV

Hadisə
08 декабря 2025 101 просмотров
Bulvarda dəhşət | Meyiti tapılan tanınmış şəxs kimdir?

Bulvarda dəhşət | Meyiti tapılan tanınmış şəxs kimdir?

Hadisə
08 декабря 2025 101 просмотров
Выбранные
icon