İstiqraz sahiblərinə edilən ödənişin miqdarı açıqlandı - Baku TV
8 dekabr 2025-ci ildə SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları üzrə üçüncü faiz ödənişi edilib.
"SOCAR Capital" şirkətinin yaydığı məlumata görə, 3-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Qeyd edək ki, 2025-ci ilin yanvarın 15-də Azərbaycanın "yaşıl enerji" sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş "yaşıl" təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
Martın 7-dən təkrar bazar əməliyyatlarına start verilən SOCAR-ın "yaşıl istiqraz"ları ilə Bakı Fond Birjasında bu günədək 16 milyon 670 min ABŞ dolları məbləğində 423 ədəd əqd bağlanıb. Ümumilikdə SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 82,4 milyon ABŞ dolları məbləğində ticarət aparılıb.
"SOCAR İstiqraz"larının ilk buraxılışından, yəni 2016-cı ildən indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 52 milyon ABŞ dolları məbləğində faiz ödənişi edilib.
