Выбрать плеер:
“Alınma kəlmələr lazım olmadığı halda istifadə edilir” | İsa Həbibbəyli
“Dil millətin milli kimliyinin əsasıdır. Bu istiqamətdə problemlər də mövcuddur. Reklam bazarında, efir məkanında, elmi-tədqiqat əsərlərində, dərsliklərdə hələ də yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilməkdədir”.
Bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.
“Düşünürəm ki, burada olan qurumlar, bizi eşidən cəmiyyətin nümayəndələri bir yerdə bu məsələləri müzakirə edib, həlli yollarını tapıb aradan qaldırmağa borcludur. Bu, ümummilli vəzifədir”, – deyə o əlavə edib.
Скопировано
