Выбрать плеер:
Bratislavada İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb - Baku TV
Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.
Скопировано
