Выбрать плеер:

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü - Baku TV

07 декабря 2025 60 просмотров

Prezident İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.

Dövlət başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırlayıb.

Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.

Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.

Скопировано
İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri - Baku TV

İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri - Baku TV

Siyasət
09 декабря 2025 60 просмотров
Prezident Slovakiyadan belə yola salındı

Prezident Slovakiyadan belə yola salındı

Siyasət
09 декабря 2025 60 просмотров
İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - Baku TV

İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - Baku TV

Siyasət
09 декабря 2025 60 просмотров
Basarkeçər, Basarkeçər daşt, Baraxlı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Basarkeçər, Basarkeçər daşt, Baraxlı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
09 декабря 2025 60 просмотров
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - Baku TV

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - Baku TV

Siyasət
09 декабря 2025 60 просмотров
Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV

Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV

Siyasət
09 декабря 2025 60 просмотров
Qazaxıstandan məlumat | AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri...

Qazaxıstandan məlumat | AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri...

Siyasət
09 декабря 2025 60 просмотров
Kinorejissordan türk dünyasına çağırış: "Bu problemləri bizim yerimizə başqası həll etməyəcək"

Kinorejissordan türk dünyasına çağırış: "Bu problemləri bizim yerimizə başqası həll etməyəcək"

Siyasət
09 декабря 2025 60 просмотров
Prezidentin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri

Prezidentin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri

Siyasət
09 декабря 2025 60 просмотров
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşündən görüntülər - Baku TV

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşündən görüntülər - Baku TV

Siyasət
09 декабря 2025 60 просмотров
Выбранные
icon