Kinorejissordan türk dünyasına çağırış: "Bu problemləri bizim yerimizə başqası həll etməyəcək"
“Mən yüz il əvvəl həyatlarını riskə ataraq türk xalqlarının gələcəyini düşünmək üçün Bakıda toplaşan atalarımıza, babalarımıza minnətdarlıq edirəm. Bütün sənətləri özündə birləşdirən və çox mühüm problemləri həll etməyə qadir qüdrətli kinematoqrafın təmsilçisi kimi öz-özümə sual edirəm: atalarımızın işini onlara layiq şəkildə davam etdirə bilirikmi? Məncə, yox”.
Bunu Baku TV-də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında Türkmənistanın Xalq artisti, kinorejissor Hocaquli Narliyev deyib.
O vurğulayıb ki, Sovet İttifaqı dağılandan və birləşmək üçün bütün imkanları əldə etdikdən sonra biz öz ortaq kino sənayemizi yarada bilərdik. Gənclərin orta və ali təhsili üçün yeni sistem formalaşdıra bilərdik:
“Bütün təhsil ocaqlarımızda öz istehsalımız olan, xalqımızın qəhrəmanlıq, şücaət və ağrı-acı dolu tarixindən, dünya mədəniyyətinə, sivilizasiyasına ciddi töhfələr vermiş böyük şəxsiyyətlərimizdən, qəhrəmanlarımızdan bəhs edən filmləri göstərə biləcəyimiz filmotekalar təşkil edə bilərdik. Mən bunu çox vacib hesab edirəm. Çünki bizim gənclik xalqımızın qədim və yeni tarixini yaxşı bilmir”.
Kinorejissor əlavə edib ki, mərkəzləşdirilmiş, ümumi, birgə film istehsalı təşkil edilə bilərdi ki, bu həm yaradıcılıq, həm də maliyyə baxımından hamı üçün əlverişli olardı:
“Biz nə bu, nə də bir çox başqa məsələləri indiyədək həll etdik. Əlbəttə, biz bu gün ortaq filmlər, yeni filmlər çəkirik. Amma təəssüf ki, biz bu filmləri yalnız istehsalçı ölkədə göstərə bilirik. Həmin filmlərin ümumi baxışını təmin edəcək ümumi prokat sistemi, təəssüf ki, yaradılmayıb. Biz mütləq əhalisi təxminən 250 milyon nəfər olan, bütün böyük türk dünyasını əhatə edən ümumi, ortaq, böyük prokat sistemini yaratmalıyıq”.
Тег #Türkmənistan используется
- Türkiyədəki türkdilli əcnəbilərə şad xəbər | Yeni qanun imzalandı
- Ərdoğandan mühüm qərar | Türkiyədə imkanlar genişlənir
- Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin təməlqoyma mərasimi
- İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla Qəbələdə bir arada | Görüşün detalları
- İlham Əliyev Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü
