Siyasət
Выбрать плеер:

“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

26 июля 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Məni ermənilər mahnı yarışlarına qoymadılar" adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kənd sakini Səmayə İsmayılovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərində müxtəlif oyunlar oynadığını, səhnədə mahnı oxuduğunu, ailədə saz səsi ilə böyüdüyünü deyib:

"Mən özümü dərk edəndən rəqslə, mahnı oxumaqla, idmanla məşğul olmağı, yarışlara getməyi xoşlamışam. Çox gözəl uşaqlığım keçib. Uşaqlığımın hər dəqiqəsi mənim üçün çox dəyərli olub. Yaxşı səsə malik olsam da, ermənilər mahnı yarışlarına qoymur, bizə təsir edirdilər. Azərbaycanlıların ən öndə gedən insanlarını məhv etmək üçün hər vasitəyə əl atıblar".

1970-ci ildə Bakıda Pedaqoji Texnikumda, Azərbaycan Dövlət İncəsənət Universitetində oxuduğunu, 1977-ci ildə İrəvan Dövlət Azərbaycan Teatrına dəvət aldığını deyən Hallavar sakini Kalinino rayonunun Şahnazar kəndində konsert zamanı təhlükəli anlar yaşadığını xatırladıb, həmçinin başqa hadisələrdən söz açıb:

"1988-ci il martın 18-də İrəvanda qapımıza plakat yapışdırdılar ki, sizin bayramınızı qana döndərəcəyik. Nəinki mənim, orada nə qədər azərbaycanlı var idi, hamısına yapışdırmışdılar. Həmin gün uşaqları götürüb Naxçıvanı keçdik. Oradan Meğriyə, Zəngilana gəlməli idik. Uşaqları yataq yerinin altında gizlətdik.

Avqust ayında uşaqları Bakıda qoyub məcburən yenidən İrəvana qayıtdıq. Hər gün bizim həyətə benzin dolu butulka atırdılar. Biz hər dəqiqə ölümlə üz-üzə idik. Çox dəhşətli anlar yaşadım. Oktyabrın 6-da Qazaxa gəldik. Hər postda avtobusu dayandıranda varımızdan yox olurduq. Bakıya gələndə xəbər gəldi ki, İrəvanda evimizi yandırıblar".

Скопировано
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu | Asip Kayadan qardaşlıq mesajı

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu | Asip Kayadan qardaşlıq mesajı

Siyasət
31 августа 2024
Seçicilərin sayı nə qədərdir? - Sədrdən məntəqələr barədə vacib açıqlama

Seçicilərin sayı nə qədərdir? - Sədrdən məntəqələr barədə vacib açıqlama

Siyasət
31 августа 2024
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdan açıqlamalar

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdan açıqlamalar

Siyasət
31 августа 2024
Məntəqələrdəki veb-kameralar elə seçilib ki... | Məzahir Pənahov detalları açıqladı

Məntəqələrdəki veb-kameralar elə seçilib ki... | Məzahir Pənahov detalları açıqladı

Siyasət
31 августа 2024
Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi açıqlandı

Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi açıqlandı

Siyasət
31 августа 2024
Seçkiqabağı təşviqat başa çatdı | 125 deputat yeri uğrunda...

Seçkiqabağı təşviqat başa çatdı | 125 deputat yeri uğrunda...

Siyasət
31 августа 2024
Mehriban Əliyeva medal qazanmış İmaməddin Xəlilov və Fatih Çeliki təbrik etdi

Mehriban Əliyeva medal qazanmış İmaməddin Xəlilov və Fatih Çeliki təbrik etdi

Siyasət
31 августа 2024
Müdafiə naziri Orduda aparılan islahatlardan danışdı

Müdafiə naziri Orduda aparılan islahatlardan danışdı

Siyasət
31 августа 2024
Cahit Bağçı Prezident İlham Əliyevin sözlərini xatırlatdı

Cahit Bağçı Prezident İlham Əliyevin sözlərini xatırlatdı

Siyasət
31 августа 2024
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilib

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilib

Siyasət
31 августа 2024
Выбранные
icon