Выбрать плеер:

Prezident BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib - Baku TV

21 мая 2026 87 просмотров

Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib.

Dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib.

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını diqqətə çatdırıb.

WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı dövlət başçısını təbrik edib. O bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını qeyd edib.

Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğulayıb və bildirib ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirilib və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulanıb.

Скопировано
Yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılması yekunlaşdırılıb - Baku TV

Yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılması yekunlaşdırılıb - Baku TV

Siyasət
24 мая 2026 87 просмотров
Rusiya Kiyevi raket atəşinə tutdu | Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəydi - Baku TV

Rusiya Kiyevi raket atəşinə tutdu | Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəydi - Baku TV

Siyasət
24 мая 2026 87 просмотров
Rusiya ordusunun hücumu zamanı Azərbaycan səfirliyinin binası yaxınlığına raket düşüb - Baku TV

Rusiya ordusunun hücumu zamanı Azərbaycan səfirliyinin binası yaxınlığına raket düşüb - Baku TV

Siyasət
24 мая 2026 87 просмотров
WUF13-ün yekunları Euronews-un hazırladığı materialda təqdim olunub - Baku TV

WUF13-ün yekunları Euronews-un hazırladığı materialda təqdim olunub - Baku TV

Siyasət
23 мая 2026 87 просмотров
Çində kömür mədənində faciə: 90 nəfər öldü | Bakı başsağlığı verdi - ANA XƏBƏR

Çində kömür mədənində faciə: 90 nəfər öldü | Bakı başsağlığı verdi - ANA XƏBƏR

Siyasət
23 мая 2026 87 просмотров
Prezident İlham Əliyevin sosial media hesabında WUF13 ilə bağlı paylaşım edilib - Baku TV

Prezident İlham Əliyevin sosial media hesabında WUF13 ilə bağlı paylaşım edilib - Baku TV

Siyasət
23 мая 2026 87 просмотров
WUF13 Bakını qlobal şəhərsalma siyasətinin əsas platformasına çevirdi - Baku TV

WUF13 Bakını qlobal şəhərsalma siyasətinin əsas platformasına çevirdi - Baku TV

Siyasət
23 мая 2026 87 просмотров
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib - Baku TV

İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib - Baku TV

Siyasət
23 мая 2026 87 просмотров
Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı verib - Baku TV

Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı verib - Baku TV

Siyasət
23 мая 2026 87 просмотров
"Hamının diqqətini tələb edən mövzularda müzakirələr apardıq" | Asiya rəsmisi - Baku TV

"Hamının diqqətini tələb edən mövzularda müzakirələr apardıq" | Asiya rəsmisi - Baku TV

Siyasət
23 мая 2026 87 просмотров
Выбранные
icon