Выбрать плеер:
Rusiya ordusunun hücumu zamanı Azərbaycan səfirliyinin binası yaxınlığına raket düşüb - Baku TV
Mayın 24-ü gecədən səhərə qədər Ukrayna paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb. Nəticədə, paytaxtın mərkəzi və ətraf rayonları, o cümlədən Şevçenko rayonunda yerləşən “Lukyanovka” bazarının ətrafı ciddi dağıntılara uğrayıb.
Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov bildirib ki, bazar demək olar ki, tamamilə yanaraq məhv olub.
“Qeyd etmək lazımdır ki, bu ərazi Azərbaycanın Ukraynadakı səfirliyinin cəmi 500–600 metr məsafəsində yerləşir. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür. Ümumilikdə paytaxta endirilən zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilir. Bu şəxslərin sayı dəqiqləşdirilir”, – deyə o əlavə edib.
Скопировано
Тег #Ukrayna используется
- Yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılması yekunlaşdırılıb - Baku TV
- ABŞ Ukraynaya 108 milyonluq hərbi avadanlıq satışını təsdiqləyib
- Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək? - Baku TV CANLI
- WUF13 çərçivəsində İlham Əliyevə fəxri doktor adı verildi - Baku TV
- Ukrayna rəsmisi "Baku TV"nin suallarını cavablandırdı - Baku TV
