İdman
Pleyeri seçin:
Tarixi qələbə qazanan cüdoçularımız Bakıya gəldi
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində II yerə çıxan cüdoçularımız Bakıya gəlib.
Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ailə üzvləri, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri qarşılayıb.
Yeniyetmələrdən ibarət komandanın Baş məşqçisi Ramiz Ramizzadə bir sıra cüdoçuların zədəli olmasına baxmayaraq, komandanın ümumilikdə uğurlu çıxış etdiyini bildirib.
Qeyd edək ki, 1/8 finalda Tayvan, 1/4 finalda isə Avstraliya yığmalarına qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən milli komandamız tarixində ilk dəfə olaraq finala çıxıb.
Həlledici final qarşılaşmasında Yaponiya cüdoçularına 1:4 hesabıyla uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.
Onu da xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız dünya çempionatının bir gümüş və bir bürünc medalını qazanıb.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı