Ana səhifə Dünya Vaşinqtonda atışma zamanı 1 nəfər ölüb
Ölçünü dəyiş

Vaşinqtonda atışma zamanı 1 nəfər ölüb

Dünya
04 Oktyabr 2019, 06:07
47 görüntü
0
Paylaş:
Vaşinqtonda qocalar evində atışma olub, 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
 
Vaşinqtonun mərkəzində yerləşən qocalar evinin foyesində atışma baş verib.
 
Polisdən verilən məlumata görə, 1 nəfər silahlı şəxs anidən atəş açmağa başlayıb. Bu zaman 1 nəfər ölüb, bir neçə nəfərin isə yaralandığı bildirilir.
 
Hadisəni törədən şəxsin yaxınlıqdakı hündürmərtəbəli binaların birində gizləndiyi bildirilir. Atışma baş verən binanın aşağı mərtəbəsində olan şəxslər təxliyyə edilib, yuxarı mərtəbədə olanlara isə otaqlardan çıxmamaqla bağlı əmr verilib.
 
Əraziyə polis və xüsusi təhlükəsizlik qüvvələri cəlb edilib.
 
Polisdən bildirilib ki, qısa zaman ərzində atəş açan şəxs zərərsizləşdirilərək nəzarətə götürülüb.
Şərhlər