Aeroport yolundakı qəzada yaralananların kimliyi məlum oldu
Aeroport yolundakı qəzada yaralananların kimliyi müəyyənləşib.
Aprelin 5-də günorta saatlarında Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı “Daewoo” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “VAZ-2107” aşıb.
Hadisə nəticəsində “Jiquli”də olan iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı yaralanan şəxslərin şəxsiyyətləri müəyyənləşib. Belə ki, yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.