Ana səhifə Hadisə Maşının təkəri partladı - betona çırpıldı
Ölçünü dəyiş

Maşının təkəri partladı - betona çırpıldı

Hadisə
13 Aprel 2019, 05:38
2,680 görüntü
0
Paylaş:

Bakı-Sumqayıt şossesində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza yolun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin Lətifov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib. Avtomobil yoldan çıxaraq yolayırıcı beton maneyəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan qadın sərnişin xəsarət alıb. Yaralı kəllə-beyin travması alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.

Fakt bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər