Hadisə
Pleyeri seçin:
Qəbələdə kütləvi zəhərlənmə - 89 nəfər zəhərləndi
Avqustun 5-də Qəbələ rayonunu Zərgərli kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib.
Baku TV-nin çəkiliş qrupu Qəbələ şəhərində toy mərasimin keçirildiyi ailəyə baş çəkib. Ev sahibi ilə həmsöhbət olan əməkdaşlarımız məsələni yerində araşdırmağa çalışıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Qəbələdə baş verən kütləvi zəhərlənmə ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, rayon sakini Həsən Əsgərovun həyətində təşkil olunan toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 19-u qadın, 8-i yetkinlik yaşına çatmayan şəxslər olmaqla, ümumilikdə 89 nəfər qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.
Hazırda iş üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Rəşad Aydın
Kopyalandı
Seçilmişlər