1400 həkim Azərbaycanı tərk edərək Almaniyaya köçüb
2022-ci ildə 1400 həkim Azərbaycanı tərk edərək Almaniyaya köçüb. Başqa sözlə, ölkədən həkimlərin beyin axını sürətlənib.
Bu barədə kardioloq Üzeyir Rəhimov Baku TV-yə açıqlamasında bildirib. Həmçinin kardioloq rəqəmlərin getdikcə yüksələcəyini iddia edib:
“Həkimlərin bu axını Tibb fakültəsini bitirəndən sonra başlayır. Rezidenturada 6 il oxuyan şəxs 300-400 manat maaş alır. Buna görə də onlar Azərbaycanda işləmək istəmirlər. Çünki bunun qarşılığı Almaniyada 300 avrodan başlayır və 5000 avroya qədər artır”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Leyla Lətifova məsələyə münasibət bildirib. O qeyd edib ki, səhiyyə işçilərinin əməkhaqları aylıq vəzifə maaşlarından, sabit həvəsləndiricilərdən və işin nəticəsinə görə ödənilən həvəsləndirici əlavələrdən ibarətdir:
“Həkim sağlamlıq üçün təhlükəli işdə, eləcə də fasiləsiz rejimdə çalışırsa, onlara həvəsləndirici əlavələr verilir. Həkim bir gün ərzində maksimum 35 xəstəyə baxa bilər. Bu o deməkdir ki¸ o, ayda 700 xəstəyə baxır. Bu işə görə az miqdarda pulun verildiyini demək düzgün olmaz. Həkim ambulator və stasionar faəliyyət üçün pul alır. Bu da ayda minimum 1300 manat edir”.
Leyla Lətifova onu da əlavə edib ki, icbari tibbi sığorta tətbiq olunduqdan sonra həkimlərin əməkhaqları 3 dəfədən 50 dəfəyədək artıb. Yəni ölkədəki həkimlərin maaşları minimum 1300, maksimum 23 min manatdan yuxarıdır.
#Tibb işçiləri teqi istifadə olunub
- Tibb işçilərinə dövlət qayğısı | Həkimlərdən maaş artımına reaksiya - Baku TV
- Tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artdı - Baku TV CANLI
- TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırıldı | Detallar açıqlandı - Baku TV
- Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı
- İmtahandan kəsilənlər işləmədən də maaşlarını almağa davam edəcək
