Pleyeri seçin:

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür - Baku TV

06 noyabr 2026 65 baxış

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün paytaxtın küçə və meydanlarında qurulan reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb.

Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız, Xalq artisti Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir. Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində yaxından iştirak edir.

2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub və istismara verilib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar arasında Baku TV-nin 3 əməkdaşı da yer alıb.

Kopyalandı
Banner
ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

Cəmiyyət
06 noyabr 2026 65 baxış
Sakinlərin illərdir əziyyət çəkdiyi problem niyə həllini tapmır? - 24 SAAT

Sakinlərin illərdir əziyyət çəkdiyi problem niyə həllini tapmır? - 24 SAAT

Cəmiyyət
05 noyabr 2026 65 baxış
Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib - Baku TV

Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 65 baxış
Bakıda və bölgələrdə hava kəskin dəyişir? | Hava haqqında məlumat - Baku TV

Bakıda və bölgələrdə hava kəskin dəyişir? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
05 noyabr 2026 65 baxış
Yanğınsöndürənlərin gərgin mübarizəsi davam edir - Baku TV

Yanğınsöndürənlərin gərgin mübarizəsi davam edir - Baku TV

Cəmiyyət
05 noyabr 2026 65 baxış
“CineMastercard”ın təşəbbüsü ilə şəhidin xatirəsi əbədiləşdirilib - Baku TV

“CineMastercard”ın təşəbbüsü ilə şəhidin xatirəsi əbədiləşdirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 65 baxış
Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 65 baxış
"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

Cəmiyyət
05 noyabr 2026 65 baxış
Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Cəmiyyət
05 noyabr 2026 65 baxış
“Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

“Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

Cəmiyyət
05 noyabr 2026 65 baxış
Seçilmişlər
icon