Pleyeri seçin:

75 milyonluq ziyan ödənildi | Baş Prokuror 2024-cü il üzrə rəqəmləri açıqladı

27 yanvar 2025 533 baxış

2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub.

Bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında bildirib.

Baş prokuror deyib ki, onlardan 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə isə 2020-ci ilin noyabrından indiyədək 382 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub, onlardan 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kamran Əliyev həmçinin qeyd edib ki, ötən il əvvəlki illərdən bağlı qalan 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bununla da 2020-ci il mayın 1-dən indiyədək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən ümumilikdə 43 qəsdən adam öldürmə cinayəti açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərilib, 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq İdarəsi 27 cinayət işinin ibtidai istintaqını aparmaqla baxılması üçün məhkəmələrə göndərib.

Kamran Əliyev onu da qeyd edib ki, 2024-cü ildə prokurorluq orqanları 75 300 895 manat məbləğində ziyanın ödənilməsini təmin edib.

Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, icraatına xitam verilən cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunan şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 453 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 432 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Prokurorluq əməkdaşlarının fəaliyyətinə də diqqət çəkən Kamran Əliyev bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Həmçinin bildirilib ki, ötən il 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 533 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 533 baxış
Seçilmişlər
icon