Pleyeri seçin:

Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

15 iyun 2026 497 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən Sevil Xəlilovanın sözlərinə görə, ailələri beş il əvvəl Özbəkistandan Azərbaycana köçüb. Həyat yoldaşı bacısının iki övladını da himayəsinə götürdükdən sonra ailə uzun müddət 8 nəfərlik tərkiblə ünvanlı dövlət sosial yardımı alıb. Lakin sosial yardımın müddəti 2025-ci ilin dekabrında başa çatdıqdan sonra yenidən müraciət etsələr də, müxtəlif səbəblərlə imtina cavabı alıblar.

Ailənin vəziyyətini daha da ağırlaşdıran məqam isə ailə başçısının hazırda xəstəxanada müalicə almasıdır.

Sevil Xəlilova bildirir ki, uşaqlardan biri autizm sindromundan əziyyət çəkir və xüsusi qayğıya ehtiyacı var:

"Sosial yardım alırdıq. Müddəti bitəndən sonra yenidən sənədlərimizi təqdim etdik. Bizə dedilər ki, sənədlərdə uyğunsuzluq var və müraciətimizə imtina verildi. Bacımın həyat yoldaşı vəfat edib, özü isə görmə problemi yaşayırdı. Buna görə də yoldaşımdan xahiş etdim ki, onun uşaqlarını himayəmizə götürək. Lazımi tibbi müayinələrdən keçdik. Lakin himayədarlıq sənədləri tam hazır olmadığı üçün yoxlama zamanı bildirdilər ki, uşaqları hələ rəsmi şəkildə himayəyə götürə bilmərik. Hazırda yoldaşım xəstəxanadadır, mən isə uşaqlarla birlikdə çox çətin vəziyyətdə qalmışam. Uşaqlardan biri autizmlidir, çox narahatdır".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Bakı şəhəri Suraxanı rayon sakini Sevil Xəlilovanın ünvanlı dövlət sosial yardımı ilə bağlı 2024-cü ilin noyabrında etdiyi müraciət əsasında ailəyə 2025-ci il yanvarın 1-dən etibarən bir il müddətinə aylıq 759 manat 24 qəpik məbləğində sosial yardım təyin edilərək ödənilib.

Sosial yardımın müddəti başa çatdıqdan sonra ailə cari ilin fevral və mart aylarında yenidən elektron qaydada müraciət edib. Həmin müraciətlər elektron sistemdə aparılan yoxlamalar və maddi-məişət şəraitinin qiymətləndirilməsi nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq rədd edilib. İmtinalara səbəb abonent kodu məlumatlarında yanlışlıq və ailə tərkibinin düzgün göstərilməməsi olub.

Nazirliyin məlumatına görə, daha sonra müraciət edən şəxs əvvəllər himayəsinə götürdüyü iki uşağa artıq himayədarlıq etmədiyini bəyan edərək ailə tərkibini 6 nəfər göstərməklə yenidən müraciət edib. Son müraciət əsasında ailəyə 2026-cı il iyunun 1-dən etibarən bir il müddətinə aylıq 599 manat 40 qəpik məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunub.

Qurum qeyd edib ki, sonrakı dövrdə ailə tərkibində və ya digər əhəmiyyətli məlumatlarda hər hansı dəyişiklik baş verdiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq bu barədə müvafiq qaydada məlumat verilməsi zəruridir.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 497 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 497 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 497 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 497 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 497 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 497 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 497 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 497 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 497 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 497 baxış
Seçilmişlər
icon