Alimləri heyrətləndirən nadir bitki | Bu ağac nəinki ildırım keçirmir, hətta...
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər nadir ağac növünü aşkar ediblər.
Bu ağac ildırım vurandan sonra nəinki sağ qalır, həm də günəş işığı və qida maddələrinə çıxış uğrunda digər bitkiləri məhv etmək üçün öz dağıdıcı gücündən istifadə edir.
Söhbət “Dipteryx oleifera”dan gedir. Hündür forması və geniş tacı onları təbii ildırım çubuqlarına çevirir.
Meşə ekoloqu Evan Qora onu 2015-ci ildə Panama cəngəlliyində araşdırma apararkən kəşf edib. “Dipteryx oleifera” ağacı güclü ildırımdan demək olar ki, heç bir zərər görmədən sağ qalıb, digər bitkilər isə məhv olub.
Nəzəriyyələrini təsdiqləmək üçün tədqiqat qrupu ildırım monitorinq sistemindən istifadə edib. Tədqiqatın nəticələri hətta alimlərin özlərini də təəccübləndirib. Doqquz “Dipteryx oleifera” ağacının hamısı ildırım vurmasından minimal zərərlə sağ çıxıb, digər ağacların 64 %-i iki il ərzində quruyub. Qalanları isə örtüyünün əhəmiyyətli hissəsini itirib.
#İldırım vurma teqi istifadə olunub
- Kürdəmirdə 51 yaşlı kənd sakini ildırım vurması nəticəsində həyatını itirdi - 24 SAAT
- Kürdəmirdə dəhşətli hadisə | Heyvan otarmaq istəyən çobanı ildırım vurdu - Baku TV
- Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?
- Çox güclü partlayış oldu | Bərdədə evinə ildırım düşən ailə danışdı
- Gördük ki, kəndin camaatı qaçır | Atası 16 yaşlı İlhamın ölümündən danışdı
