Pleyeri seçin:

Autizmlə bağlı əsas problemlər gündəmə gətirildi - Baku TV

18 sentyabr 2026 292 baxış

“İstərdim ki, autizm araşdırma mərkəzi bizim ölkəmizdə də olsun”.

Bu barədə Baku TV-yə açıqlamasında Autizmlə Mübarizə İctimai Birliyinin sədri Çiçək Məmmədli deyib.

O, ölkədə dövlət səviyyəsində fəaliyyət göstərəcək autizm araşdırma mərkəzinin yaradılmasını təklif edib:

“Türkiyədə autizm araşdırma mərkəzi dövlət səviyyəsində fəaliyyət göstərir. İstərdim ki, belə bir mərkəz bizim ölkəmizdə də olsun, orada bu sahədə təcrübəli mütəxəssislər çalışsın”.

Çiçək Məmmədlinin sözlərinə görə, belə mərkəzin yaradılması autizm spektr pozuntusunun düzgün diaqnozunun qoyulması və uşaqların uyğun istiqamətə yönləndirilməsi baxımından mühüm rol oynaya bilər.

O həmçinin autizmli uşaqların inklüziv təhsili ilə bağlı problemlərə diqqət çəkib:

“İnklüziv məktəblərdə autizmli uşaqların təhsil alması öz əksini tapmadı. İnklüziv məktəblər artıq bir-bir sıradan çıxmaq üzrədir”.

Birlik sədri hesab edir ki, araşdırma mərkəzində fəaliyyət göstərəcək pedaqoji komissiya uşağın hansı məktəbdə təhsil alacağını və hansı reabilitasiya müəssisəsinə yönləndiriləcəyini müəyyənləşdirməlidir.

Çiçək Məmmədli autizmli uşaqların reabilitasiyası ilə məşğul olan valideynlərə dövlət dəstəyinin göstərilməsini də təklif edib:

“Dövlət minimum əməkhaqqı verməlidir ki, valideyn uşağın reabilitasiyası ilə məşğul ola bilsin”.

Banner
Təlim və güzəştli xidmətlər | Sahibkarlar bu imkanlardan necə yararlana biləcəklər? - Baku TV

Təlim və güzəştli xidmətlər | Sahibkarlar bu imkanlardan necə yararlana biləcəklər? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 16 baxış
"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 204 baxış
"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

Cəmiyyət
24 noyabr 2026 203 baxış
Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Cəmiyyət
24 noyabr 2026 193 baxış
Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Cəmiyyət
24 noyabr 2026 204 baxış
Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Cəmiyyət
24 noyabr 2026 197 baxış
Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 126 baxış
“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

Cəmiyyət
24 noyabr 2026 121 baxış
Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Cəmiyyət
24 noyabr 2026 121 baxış
Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 116 baxış
Seçilmişlər
icon