"Auto Import Baku"nun yeni ofisi açıldı - Baku TV
Azərbaycanda 2018-ci ildən fəaliyyət göstərən “Auto Import Baku” müxtəlif ölkələrin avtomobil bazarlarından ölkəmizə avtomobil idxalı həyata keçirir.
Şirkət ABŞ, Kanada, Cənubi Koreya, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Avropa bazarları ilə işləyir. ABŞ istiqamətində isə əsasən “Copart”, IAAI və “Manheim” kimi beynəlxalq hərrac platformalarından istifadə olunur.
Müştərinin büdcəsinə və istəyinə uyğun avtomobilin seçilməsindən başlayaraq hərracda iştirak, avtomobilin alınması, logistika, sığortalı daşınma, gömrük rəsmiləşdirilməsi və Bakıdakı təhvil prosesinə qədər bütün mərhələlər şirkətin mütəxəssisləri tərəfindən koordinasiya olunur. Şirkətin əsas prinsiplərindən biri isə prosesin şəffaflığıdır. Müştəri avtomobilinin auksiondan başlayaraq liman, gəmi, gömrük və Bakı mərhələsinə qədər hərəkətini izləyə bilir.
Avtomobilin xaricdən Azərbaycana gətirilməsi zamanı təhlükəsizlik də əsas məsələlərdən biridir. “Auto Import Baku” tərəfindən idxal edilən avtomobillər daşınma zamanı sığortalı şəkildə Azərbaycana çatdırılır. Beləliklə, avtomobilin auksiondan alındığı andan Bakıdakı təhvil mərhələsinə qədər logistika prosesi nəzarətdə saxlanılır. “Auto Import Baku”nun xidmətləri avtomobilin Azərbaycana gətirilməsi ilə də yekunlaşmır. Şirkət satışa təqdim etdiyi avtomobillərdə mühərrik və transmissiyaya zəmanət təqdim edir. Bu yanaşma müştərinin avtomobil alışından sonrakı mərhələdə də özünü daha güvənli hiss etməsinə hesablanıb.
Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 312 A ünvanında yerləşən “Auto Import Baku” şirkəti ilə +994 55 976 88 89 nömrəsi vasitəsilə əlaqə saxlaya və ya autoimportbaku.az veb-saytına daxil ola bilərsiniz.
