Pleyeri seçin:

Azərbaycan məktəblisi 72 min dollarlıq təqaüd qazandı - Baku TV

24 fevral 2026 547 baxış

Pirəkəşkül tam orta məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan “NYU Shanghai” Universitetinə 90 % təqaüdlə qəbul olan ilk azərbaycanlı şagird kimi tarixə düşüb.

O, yüksək akademik göstəriciləri və güclü analitik düşüncə qabiliyyəti ilə seçim komissiyasının diqqətini çəkib.

“Xaricdə oxumaq böyük arzularımdan biri idi. Altıncı sinifdən bəri müxtəlif universitetləri araşdırırdım. Bir film vasitəsilə Nyu-York Universiteti qarşıma çıxdı”, – deyə Nilufər Şükürova bildirib.

O əlavə edib ki, Amerika universitetlərinə qəbul üçün təkcə imtahan nəticələri deyil, dərsdənkənar fəaliyyətlər də nəzərə alınır:

“Buna görə mən Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə elmi məqalə yazmışam və bir şirkətdə media və kommunikasiya üzrə təcrübə keçmişəm”.

“NYU Shanghai” dünyanın aparıcı ali təhsil şəbəkələrindən biri olan Nyu-York Universitetinin Çin Xalq Respublikasında fəaliyyət göstərən qoludur. Universitetdə tələbələrin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilərək qəbul olunur.

Nilufər Şükürova 72 min ABŞ dolları məbləğində təqaüd qazanıb. Təqaüd təhsil haqqını və digər akademik xərcləri əhatə edir.

Kopyalandı
Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 547 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 547 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 547 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 547 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 547 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 547 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 547 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 547 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 547 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 547 baxış
Seçilmişlər
icon