Azərbaycanda epidemioloji vəziyyət | Eyni vaxtda 3 virusa yoluxa bilərsiniz
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını elan etsə də, son aylar bir çox ölkələrdə COVID-19-un yeni subvariantlarına yoluxanların sayının artması, dünyanın 58 ölkəsində yeni ştamlara yoluxma faktlarının aşkarlanması insanlarda narahatlıq yaradıb.
Bir neçə gün əvvəl Rusiyada tridemiyanın başladığı barədə məlumat yayılıb.
Bəs görəsən, ölkəmizdə epidemioloji vəziyyət necədir və tridemiya ehtimalı varmı?
Həkim Abbas Bağırov bildirib ki, koronavirusun yeni subvahidlərinin – qrip və qızılca virusunun yoluxması ilə müşayiət olunan tridemiya adlandırılan yeni bir epidemik prosesin genişlənməsi müşahidə olunur:
“Eyni vaxtda üç virusa yoluxan pasiyentlərdə patoloji prosesin gedişatı ağırlaşmaya daha çox meyilli olur. Qızılca virusunun yayılması artıq ölkə ərazisində kritik vəziyyətdədir”.
Azərbaycanda epidemioloji vəziyyətin xüsusilə qızılca baxımından kritik olmasını nəzərə alaraq vətəndaşların peyvənd olunması və gigiyena qaydalarına riayət etmələri tövsiyə olunur.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
