Pleyeri seçin:

Azərbaycanlıya üzərliyə görə 10 ilə qədər həbs

02 iyun 2025 847 baxış

Bir neçə gün öncə bir azərbaycanlı Rusiyada maşınında üzərlik gəzdirdiyinə görə saxlanılıb.

Artıq o, 5-10 il arası həbs cəzası da ala bilər. Səbəb isə üzərliyin tərkibində narkotik maddənin olmasıdır.

Üzərlik bitkisi, əsasən də onun toxumları 2020-ci ildən narkotik maddələr siyahısına daxil edilib. Lakin xüsusilə türk xalqları arasında bu bitki bir adətdir, ənənədir, qorunma üsuludur.

Bəs üzərliyin tərkibi ilə bağlı deyilənlərdə doğruluq payı varmı?

Bioloq Eldar Şükürovun sözlərinə görə, üzərlik toxumları yandırıldıqda tərkibindəki alkaloidlər insana sakitləşdirici təsir göstərir, başağrısını azaldır və yuxugətirici effekt yaradır:

“Onun tərkibində az miqdarda da olsa, narkotik təsirli maddələr mövcuddur. Alkaloid tərkibli digər bitkilər sırasına lalə, çörəkotu və kəklikotu da daxildir”.

Bir sıra ölkələrdə ‒ Gürcüstan, Litva, Ukrayna, Rusiya və digərlərində bu bitkidən istifadə qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır.

Bəs Azərbaycanda məsələ ilə bağlı vəziyyət necədir? Təyyarə və ya digər nəqliyyat vasitələrində ölkəyə bu cür bitkilərlə daxil olmaq hər hansısa qanun pozuntusu hesab olunurmu?

Hüquqşünas Hikmət Əliyev bildirib ki, üzərlik nə narkotik, nə psixotrop maddə, nə də güclü təsiredici vasitə kimi tanınmır:

“Bu səbəbdən də onun ölkəyə gətirilməsi, saxlanılması və istifadəsi qanunvericiliklə qadağan olunmur və buna görə məsuliyyət nəzərdə tutulmur”.

Kopyalandı
Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 847 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 847 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 847 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 847 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 847 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 847 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 847 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 847 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 847 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 847 baxış
Seçilmişlər
icon