Pleyeri seçin:
Birinci xanımlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 13-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qonaqlar Mərkəzdəki audio-səsyazma, floristika və landşaft dizaynı, metal və ağac üzərində oyma, xalçaçılıq, toxuma və tikmə, keramika, musiqi, təsviri sənət studiyalarında keçirilən təlimlərlə, o cümlədən kitabxana ilə tanış olublar.
Azərbaycan və Türkiyənin birinci xanımları Mərkəzin təlimçiləri və təlim alanlarının, inklüziv kamera orkestrinin ifasında musiqi nömrələrini dinləyib, benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olub, onlarla şəkil çəkdiriblər. Sonda qonaqlara hədiyyələr təqdim olunub.
Kopyalandı
#Mehriban Əliyeva teqi istifadə olunub
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Zəfər parkında olublar - Baku TV CANLI
