Pleyeri seçin:
"Bu bayraq başımızın üstündən əskik olmasın" | Laçınlılar şəhər gününü qeyd edirlər - Baku TV
Bu gün Azərbaycanda əlamətdar günlərdən biri – Laçın Şəhəri Günü qeyd olunur.
Hazırda azad Laçında şəhərin quruculuq işləri davam edir. Uzun illər doğma sakinlərinin yolunu gözləyən Laçın bu gün yenidən yaşayır, qurulur və inkişaf edir.
Ən böyük sevinc isə illərlə həsrətlə xatırlanan şəhərin artıq öz sakinlərinin həyatında yenidən mövcud olmasıdır.
Laçın sakinləri də şəhər gününün onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu vurğulayırlar.
“Mənə elə gəlir ki, bundan böyük fəxarət hissi heç vaxt olmayıb. Bayrağımız hər yerdə – azad olunmuş torpaqlarımızda dalğalansın. Bu bayraq başımızın üstündən heç vaxt əskik olmasın”, – deyə sakin Tahir Bəndəliyev söyləyib.
Kopyalandı
#Laçın Şəhəri Günü teqi istifadə olunub
- Laçın sakinləri sevinc hisslərini bizimlə bölüşdü - Baku TV
- Həkəri çayının sahilində konsert proqramı təşkil olunub - Baku TV
- Azərbaycan Ordusunun Laçına daxil olduğu gün | Qürurverici görüntülər - Baku TV
- Laçının işğaldan azad edilməsinin növbəti ildönümüdür
- "Laçın Şəhəri Günü" təntənəli şəkildə qeyd olunub
