Pleyeri seçin:

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının növbəti ildönümüdür

30 aprel 2025 803 baxış

Keçmiş Azərbaycan Dövlət Neft Akademiyası, indiki Azərbaycan Dövlət Neft və Sənayə Universitetində törədilən terror hadisəsindən 16 il ötür.

2009-cu il aprelin 30-u səhər saatlarında ali təhsil müəssisəsinin 2-ci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb. O, 12 nəfəri öldürüb, 13 nəfəri isə yaraladıqdan sonra özünü də öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib.

İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona silah və külli miqdarda pul verilib.

Mardun Qumaşyan barəsində İnterpol vasitəsilə həbsli axtarış elan edilib.

Törədilən kütləvi qətllə əlaqədar işə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Nəticədə Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar. Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Azərbaycan Metrologiya İnstitutuna mediatur təşkil olunub - Baku TV

Cəmiyyət
19 iyun 2026 803 baxış
Lerikdə dini təhlükəsizliyə həsr olunan konfrans baş tutdu - Baku TV

Lerikdə dini təhlükəsizliyə həsr olunan konfrans baş tutdu - Baku TV

Cəmiyyət
19 iyun 2026 803 baxış
Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd

Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd

Cəmiyyət
18 iyun 2026 803 baxış
“Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV

“Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV

Cəmiyyət
18 iyun 2026 803 baxış
“Gör nə günə qoyublar” | Pivə zavodu ilə bağlı qalmaqal | "Bütün kanalizasiyanın suyu..." - Baku TV

“Gör nə günə qoyublar” | Pivə zavodu ilə bağlı qalmaqal | "Bütün kanalizasiyanın suyu..." - Baku TV

Cəmiyyət
18 iyun 2026 803 baxış
"Uşaqlarımı elə tərbiyə etmişəm ki..." | Ömrünü şagirdlərinə həsr edən 100 yaşlı sakin - Baku TV

"Uşaqlarımı elə tərbiyə etmişəm ki..." | Ömrünü şagirdlərinə həsr edən 100 yaşlı sakin - Baku TV

Cəmiyyət
18 iyun 2026 803 baxış
"Qız daha fərasətli, gözüaçıq olur" | Oğlan uşaqları niyə gec danışır? - "Çox çətindir..."- Baku TV

"Qız daha fərasətli, gözüaçıq olur" | Oğlan uşaqları niyə gec danışır? - "Çox çətindir..."- Baku TV

Cəmiyyət
18 iyun 2026 803 baxış
"Dedim, dibindən kəsin!" - Görülən iş sakinləri qəzəbləndirdi | "Çəkilişi bilən kimi..." - Baku TV

"Dedim, dibindən kəsin!" - Görülən iş sakinləri qəzəbləndirdi | "Çəkilişi bilən kimi..." - Baku TV

Cəmiyyət
18 iyun 2026 803 baxış
Xroniki iltihabı azaldan məhsullar görün hansılar imiş

Xroniki iltihabı azaldan məhsullar görün hansılar imiş

Cəmiyyət
18 iyun 2026 803 baxış
Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinlərinin yurd həsrəti bitdi - Baku TV CANLI

Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinlərinin yurd həsrəti bitdi - Baku TV CANLI

Cəmiyyət
18 iyun 2026 803 baxış
Seçilmişlər
icon